Bakı. Trend:
Bərdədə canavar hücumu nəticəsində fermerə məxsus çoxsaylı xırdabuynuzlu heyvan tələf olub.
Trend-in yerli müxbirinin verdiyi məlumata görə, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb. Kənd sakini Murad Mustafayevə məxsus fərdi təsərrüfata gecə saatlarında canavarlar hücum edib.
Hücum nəticəsində təsərrüfatdakı təxminən 50-yə yaxın xırdabuynuzlu heyvanın tələf olduğu bildirilir.
