Azərbaycan cüdo millisi Avropa Kubokunda komanda hesabında birinci olub (FOTO)

İdman Materials 17 May 2026 23:22 (UTC +04:00)
Azərbaycan cüdo millisi Avropa Kubokunda komanda hesabında birinci olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.

Trend-in məlumatına görə, son yarış günündə milli komanda aktivinə daha 5 medal yazdırıb. Cüdoçular 2 gümüş və 3 bürünc mükafat qazanıblar.

Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (-73 kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) qızıl, İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) gümüş, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) bürünc medala yiyələniblər.

Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti