Bakı. Trend:
Bakıda yaradılmış infrastruktur, təşkilati səviyyə və qurulan sistemlər həqiqətən möhtəşəmdir.
Bunu Kamerunun Sosial İnkişaf üzrə QHT Koalisiyasının sədri Melvin Vajiri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Trend-ə açıqlamasında deyib.
O qeyd edib ki, həm də Afrikanın 47 ölkəsində fəaliyyət göstərən “People Empowering People” adlı qeyri-kommersiya təşkilatının direktorudur və Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təəssüratları olduqca müsbətdir.
"Bakıda yaradılmış infrastruktur, təşkilati səviyyə və qurulan sistemlər həqiqətən möhtəşəmdir. Bakı çox gözəl şəhərdir. İnsanlar olduqca mehriban və qonaqpərvərdirlər. Həmçinin hökumətin həyata keçirdiyi layihələr, memarlıq həlləri və yaradılan innovativ yanaşmalar diqqətimi cəlb etdi. Bundan əlavə, digər ölkələrdən gələn iştirakçıların təqdim etdiyi innovasiyalar və təşəbbüslər də çox maraqlıdır. Ümumilikdə, WUF13 olduqca faydalı, effektv təcrübədir", - deyə Melvin Vajiri qeyd edib.
