"Hizbullah" bir ay ərzində 48 İsrail tankını sıradan çıxarıb

Dünya xəbərləri Materials 18 May 2026 01:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Hizbullah" hərəkatı 16 aprel - 17 may tarixləri arasında İsrail qüvvələrinə qarşı 339 hərbi əməliyyat keçirdiyini və bu əməliyyatlar zamanı döyüşçülərinin 48 tankı zərərsizləşdirdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "Hizbullah" öz "Telegram" kanalında yazıb.

"Düşmənin atəşkəsi pozmasına cavab olaraq İslam Müqavimət qüvvələri 15 komanda məntəqəsinə, 3 kazarmaya, 2 hərbi bazaya, 7 artilleriya mövqeyinə və bir vertolyot meydançasına hücum edib. Ötən ay ərzində idarə olunan raketlər və ya kamikadze pilotsuz uçuş aparatları ilə vurulan 48 tank, 18 zirehli transportyor və 12 yolsuzluq avtomobili tam və ya qismən sıradan çıxarılıb", - deyə bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti