DYP Qusarda reyd keçirdi

Cəmiyyət Materials 18 May 2026 12:37 (UTC +04:00)
DYP Qusarda reyd keçirdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava aylığı” ilə əlaqədar maarifləndirici və profilaktik tədbirlər keçirilib.

Trend xəbər verir ki, tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə nəzarət olunub, atmosferə zərərli tullantıların yayılmasına səbəb olan nasazlıqlarla bağlı sürücülərə xəbərdarlıqlar edilib.

Yol polisi əməkdaşları sürücülərlə söhbətlər apararaq nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsinin, mühərrik və qaz sistemlərinin saz saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

Keçirilən tədbirlərin əsas məqsədinin ekoloji təhlükəsizliyin təmin olunması, havanın çirklənməsinin qarşısının alınması, eləcə də sürücülər arasında məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olduğu bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti