Nazir Rəşad Nəbiyevin Xızıda nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişib

Cəmiyyət Materials 18 May 2026 14:06 (UTC +04:00)
Nazir Rəşad Nəbiyevin Xızıda nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 22 may, saat 09:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Zəngilan, Qubadlı rayonları və Sumqayıt şəhər sakinləri ilə görüşəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 21 may 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti