Bakı qlobal şəhər çağırışlarının müzakirə olunduğu platformaya çevrilib - Nqa Kor Minq

Cəmiyyət Materials 18 May 2026 14:30 (UTC +04:00)
Bakı qlobal şəhər çağırışlarının müzakirə olunduğu platformaya çevrilib - Nqa Kor Minq
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Qədim İpək Yolunun kəsişməsində yerləşən və Xəzər dənizi sahilində “gələcəyin şəhəri” hesab olunan Bakı qlobal mənzil böhranı və şəhərlərin dayanıqlı inkişafı ilə bağlı müzakirələrin platformasına çevrilib.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının prezidenti, Malayziyanın mənzil və yerli özünüidarəetmə üzrə naziri Nqa Kor Minq Bakıda WUF13-ün açılış mərasimində çıxış edərkən deyib.

“Qədim İpək Yolunun kəsişməsində yerləşən və Xəzər sahilində gələcəyin şəhəri olan tarixi Bakı şəhərində sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir. Azərbaycan hökumətinə və xalqına göstərdikləri müstəsna qonaqpərvərliyə və uzaqgörənliyə görə səmimi təşəkkürümü bildirirəm”, – deyə o bildirib.

O vurğulayıb ki, qlobal şəhər gündəliyi bu gün çoxtərəfli əməkdaşlığın əsası kimi hər zamankından daha аktualdır.

Nazir həmçinin qeyd edib ki, WUF13 müxtəlif ölkələrin nümayəndələrini ümumi urbanizasiya problemlərinin həlli yollarını birgə axtarmaq üçün bir araya gətirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti