Qırğızıstan Prezidenti dağ şəhərlərinin beynəlxalq assosiasiyasının yaradılmasını təklif edib

İqtisadiyyat Materials 18 May 2026 16:11 (UTC +04:00)
Qırğızıstan Prezidenti dağ şəhərlərinin beynəlxalq assosiasiyasının yaradılmasını təklif edib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov dağ şəhərlərinin beynəlxalq assosiasiyasının yaradılmasının nəzərdən keçirilməsini təklif edib.

Trend-in məlumatına görə, Prezident bu təşəbbüslə bazar ertəsi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində liderlərin bəyanatı zamanı çıxış edib.

“Dağ şəhərlərinin inkişafının xüsusi aktuallığını, eləcə də bu sahədə təcrübə və ekspertizamızı nəzərə alaraq, dağ şəhərlərinin beynəlxalq assosiasiyasının yaradılmasını nəzərdən keçirməyi təklif edirik. Ümid edirik ki, assosiasiya qabaqcıl təcrübə mübadiləsi və dağ şəhərlərinin dayanıqlı inkişafına yönəlmiş birgə tədqiqat layihələrinin həyata keçirilməsi üçün platformaya çevriləcək”, - deyə Sadır Japarov bildirib.

Qırğızıstan Prezidentinin sözlərinə görə, ölkəsi assosiasiyanın baş-qərargahının Bişkekdə fəaliyyət göstərməsinə hazırdır.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti