Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində sənədlər imzalanıb

Siyasət Materials 18 May 2026 15:54 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində sənədlər imzalanıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə iki ölkənin hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş imzalanıb.

Trend xəbər verir ki, imzalanma Prezident İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı baş tutub.

Qeyd olunub ki, bundan başqa, iki ölkənin hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı–Tbilisi–Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti