Bakı.Trend:
Mən Bakıya gələndə böyük dəyişikliklər və tərəqqini görürəm - buna azərbaycan xalqı və Prezident İlham Əliyev nail olub.
Trend xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən WUF13 çərçivəsində liderlərin bəyanatı zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın uğurları Prezident İlham Əliyevin zəkası, öz xalqına və ölkəsinə olan bağlılığı və sədaqəti ilə əlaqədardır.
Aleksandar Vuçiç qeyd edib ki, Bakı dünyanın ən yaxşı şəhərlərindən birinə çevrilib. Onun sözlərinə görə, Bakı ənənələri və innovasiyaları özündə birləşdirən, dayanıqlı şəhərsalma və inklüziv idarəetmənin imkanlarını nümayiş etdirən şəhər nümunəsidir.
“Bakı müasir dünyanın ən yaxşı şəhərlərindən biridir. Onun uğuru göstərir ki, dayanıqlı inkişaf və inklüziv idarəetmənin prioritetləşdirilməsi mümkündür”, - deyə Serbiya Prezidenti vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.