Mənzil tikintisinin inkişafı Qırğızıstanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır - Japarov

İqtisadiyyat Materials 18 May 2026 16:38 (UTC +04:00)
Mənzil tikintisinin inkişafı Qırğızıstanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır - Japarov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Mənzil tikintisinin inkişafı Qırğızıstanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Trend xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

“Sərfəli, təhlükəsiz və keyfiyyətli mənzillə təminat müasir dünyanın əsas vəzifələrindən biridir. Sürətli urbanizasiya şəraitində məhz şəhərlər vətəndaşlar üçün layiqli yaşayış şəraitinin yaradılmasına görə əsas məsuliyyəti daşıyır”, – deyə o bildirib.

Prezident qeyd edib ki, 2025-ci ildə Qırğızıstanda 1,8 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib, sektora yatırılan investisiyaların həcmi isə təxminən 2 milyard ABŞ dollarına çatıb.

O həmçinin bildirib ki, 2021-ci ildən dövlət mənzil siyasəti çərçivəsində 9 mindən çox ailə mənzillə təmin olunub, 2025-ci ildə isə 4,6 mindən artıq ailəyə yeni mənzillərin açarları təqdim olunub.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti