Liviya lideri WUF13-ün keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 18 May 2026 17:29 (UTC +04:00)
Liviya lideri WUF13-ün keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı tarixi irs ilə müasir şəhərsalmanın vəhdətinin nümunəsidir.

Trend xəbər verir ki, bunu Liviya Dövlətinin Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Bakıda WUF13 çərçivəsində keçirilən liderlər sammitində çıxışı zamanı deyib.

“Biz Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda - orijinallıq və modernləşmə arasında qarşılıqlı əlaqəni nümayiş etdirən bir model olan şəhərdə keçirilməsinə görə, Prezident İlham Əliyev və dost Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk ”, – deyə o vurğulayıb.

əl-Mənfinin sözlərinə görə, Bakı həm də tarixi irs ilə müasir şəhər inkişafı baxışının harmoniyasının bariz nümunəsidir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti