Yeni iqlim standartları yoxsulluğun artımına səbəb olmamalıdır - Taraba

İqtisadiyyat Materials 18 May 2026 18:09 (UTC +04:00)
Yeni iqlim standartları yoxsulluğun artımına səbəb olmamalıdır - Taraba
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Yeni iqlim standartları yoxsulluğun və sosial gərginliyin artmasına səbəb olmamalıdır.

Trend xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş nazirinin müavini, Ətraf mühitin mühafizəsi naziri Tomaş Taraba Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

“Biz iqlim dəyişiklikləri ilə yalnız yeni standartların tətbiqi yolu ilə deyil, həm də icmaların yeni sosial gərginlik və yoxsulluq dalğası ilə üzləşməməsini təmin edəcək şəkildə mübarizə aparmalıyıq”, - deyə o vurğulayıb.

Taraba qeyd edib ki, yeni siyasətlərdə nəzərdə tutulan standartların yüksəldilməsi çox vaxt qiymət artımına səbəb olur. Buna görə də iqlim tədbirləri maksimum dərəcədə effektiv olmalı və yeni problemlər yaratmamalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti