Real addımlar atmaq lazımdır - Zimbabvenin Vitse-prezidenti

Siyasət Materials 18 May 2026 16:47 (UTC +04:00)
Real addımlar atmaq lazımdır - Zimbabvenin Vitse-prezidenti
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Yalnız bəyannamə qəbul edilməsi ilə kifayətlənmək yox, həm də real addımlar atmaq lazımdır.

Trend xəbər verir ki, bunu Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Onun sözlərinə görə, Zimbabve ağıllı, dayanıqlı və inklüziv şəhərlərin qurulmasını prioritet kimi görür:

"Biz Azərbaycan Respublikasına, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) bu konfransın təşkili üçün minnətdarlığımızı bildiririk.

Zimbabve hökuməti mənzili bütün hər kəsin təməl hüququ kimi görür. Biz bu sahədə artıq strateji istiqamətimizi müəyyənləşdirmişik. 2030-cu ilə qədər şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı etməyi planlayırıq. WUF13-dən isə Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə yönəlik strategiyalar üçün praktik yanaşmalar gözləyirik", o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti