Gələcək ekoloji cəhətdən təmiz tikinti sistemlərinə məxsusdur - İqor Sergeyenko

Cəmiyyət Materials 18 May 2026 16:52 (UTC +04:00)
Gələcək ekoloji cəhətdən təmiz tikinti sistemlərinə məxsusdur - İqor Sergeyenko
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Forumumuzun mövzusunda sülh və təhlükəsizlik anlayışları xüsusi yer tutur. Bu gün həmin mövzu əvvəlkindən daha aktualdır.

Trend xəbər verir ki, bunu Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Sədr vurğulayıb ki, Belarus qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan sülhpərvər xarici siyasət yürüdür. Bu əməkdaşlıq infrastruktur quruculuğu və şəhərsalma sahələrini də əhatə edir:

“Belarus insan inkişafı sahəsində öz təcrübəsini və imkanlarını bölüşməyə hazırdır. Ölkəmiz qlobal inkişaf meyillərini fəal şəkildə dəstəkləyir və Ümumdünya Şəhərsalma Forumunda qəbul olunmuş Yeni Şəhər Gündəliyini rəhbər tutur”.

O xatırladıb ki, 2025-ci ildə Belarus Respublikasının 2040-cı ilədək Milli Dayanıqlı İnkişaf Strategiyası qəbul olunub və burada ən vacib istiqamətlərdən biri mənzil tikintisidir:

“Məqsədimiz aydındır — 2040-cı ilədək hər bir vətəndaşın ehtiyaclarına cavab verən, müasir standartlara uyğun, keyfiyyətli və əlçatan mənzillə təmin olunmasıdır. Gələcək enerji qənaət edən texnologiyalara, bərpaolunan enerji mənbələrinin geniş istifadəsinə və ekoloji cəhətdən təmiz tikinti sistemlərinə məxsusdur. Biz adi tikililərdən ağıllı yaşayış məhəllələrinə keçid edirik. Belarus enerji səmərəli evlərin düşünülmüş ictimai məkanlarla birgə mövcud olduğu dayanıqlı şəhər konsepsiyasını fəal şəkildə inkişaf etdirir.

Enerji səmərəli evlər elə qurulmalıdır ki, təbiət və müasir texnologiyalar insanların rifahı naminə birlikdə fəaliyyət göstərsin.Belarusda mənzil probleminin həllində effektiv nəticə verən metodlardan biri vətəndaşlara kirayə mənzillərin təqdim edilməsidir. Eyni zamanda peyk şəhərlərdə mənzil tikintisinin artırılmasına və landşaft tipli yaşayış məskənlərinin inkişafına xüsusi diqqət yetirilir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti