Bakı.Trend:
Bolqarıstan Prezidenti İliyana Yotova Bakı şəhərindən 25 kilometr aralıda yerləşən və tamamilə Bolqarıstan investisiyası hesabına tikilmiş zavoda baş çəkib.
Bu barədə Trend Bolqarıstan Prezidentinin ofisinin saytına istinadən məlumat verir.
İstifadə olunmuş sənaye və mühərrik yağlarının utilizasiyası, həmçinin birinci və ikinci qrup baza yağlarının istehsalı üzrə müəssisə hazırda işəsalınma ərəfəsindəki sınaq mərhələsindədir.
Ekoloji tikinti, layihələndirmə və layihələrin idarə olunması sahəsində fəaliyyət göstərən Bolqarıstan şirkətinin layihəsi yüksək texnologiyalı hesab olunur və BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransının tələblərinə tam uyğundur.
Qeyd edək ki, İliyana Yotova WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək üçün Bakıda səfərdədir.
Prezident nümayəndə heyətinin tərkibinə həmçinin Veliko Tırnovo şəhərinin meri və Bolqarıstan Respublikası Bələdiyyələrinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Daniel Panov də daxildir.
