Slovakiya su ehtiyatlarının idarəolunması üzrə təcrübəsini bölüşməyə hazırdır - Tomaş Taraba

Siyasət Materials 18 May 2026 17:50 (UTC +04:00)
Slovakiya su ehtiyatlarının idarəolunması üzrə təcrübəsini bölüşməyə hazırdır - Tomaş Taraba
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Slovakiya su ehtiyatlarının idarə edilməsi sahəsində öz təcrübəsini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdır.

Trend xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş nazirinin müavini, Ətraf mühitin mühafizəsi naziri Tomaş Taraba Bakıda WUF13 çərçivəsində keçrilən Liderlərin Sammitində çıxışında deyib.

“Slovakiyanın su ehtiyatlarının idarə edilməsi sahəsində unikal təcrübəsi var və biz bu ekspertizanı dünyanın digər ölkələri ilə bölüşməyə hazırıq”, – deyə o bildirib.

Taraba Azərbaycana qonaqpərvərliyə görə təşəkkür edib və forum çərçivəsində beynəlxalq müzakirələrdə Slovakiyanın iştirakının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti