ABŞ İŞİD-ə qarşı hava əməliyyatı keçirib

Dünya xəbərləri Materials 18 May 2026 19:49 (UTC +04:00)
ABŞ İŞİD-ə qarşı hava əməliyyatı keçirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Silahlı Qüvvələrinin bölmələri Nigeriya hökuməti ilə əlaqələndirilmiş şəkildə İŞİD qruplaşmasının Afrika ölkəsindəki mövqelərinə hava zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə ABŞ SQ-nin Afrika komandanlığının bəyanatında deyilir.

“Həmin terrorçuların zərərsizləşdirilməsi qruplaşmanın ABŞ təhlükəsizliyinə və bizim tərəfdaşlara təhdid yaradan hücumları planlaşdırmaq imkanlarını azaldacaq”, - deyə bəyanatda qeyd edilir.

Aviazərbələrin Nigeriyanın şimal-şərq bölgəsinə endirildiyi bildirilir.

Birləşmiş Ştatlar hökuməti terrorçu qruplaşmanın hərbi potensialının sarsıdılması üçün belə zərbələri davam etdirmək niyyətində olduğunu bəyan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti