ABŞ Rusiyadan neft alan ölkələrə sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 18 May 2026 20:49 (UTC +04:00)
ABŞ Rusiyadan neft alan ölkələrə sanksiyalar tətbiq edə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Konqresində Rusiya neftini almaqda davam edən ölkələrə qarşı sanksiyaların tətbiqinə imkan verən qanun layihəsi irəli sürülüb.

Trend xəbər verir ki, bu barədə Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem məlumat verib.

“Biz prezident Donald Trampa ucuz neft alışları hesabına Rusiyanı dəstəkləməyə davam edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək qanun layihəsini irəli sürdük”, - deyə Qrem X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Senator həmçinin qeyd edib ki, qanun layihəsi ABŞ liderinə Amerikanın maraqlarını qorumağa imkanı verəcək.

Bundan əvvəl xəbər verilmişdi ki, Hindistan hakimiyyəti ABŞ administrasiyasından Rusiyadan neft alınmasına dair lisenziyanın müddətinin uzadılmasını istəyib. ABŞ hakimiyyəti mart ayında həmin tarixədək tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı ilə bağlı əməliyyatlara tətbiq edilən sanksiyaları ləğv edib, sonradan isə bu qərarın müddəti uzadılıb və ona əlavələr edilib. Vaşinqton bu addımı ABŞ-nin İrana qarşı müharibəsinin nəticələri səbəbindən neft qiymətlərində baş verən kəskin artım fonunda atıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti