Prezident İlham Əliyev: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

Siyasət Materials 19 May 2026 09:01 (UTC +04:00)
Prezident İlham Əliyev: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bildirib.

Bəzilərinin yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”.

Xəbər lenti

Xəbər lenti