ABŞ Belçikaya milyonlarla dollar dəyərində raket satışını təsdiqləyib

Dünya xəbərləri Materials 19 May 2026 07:27 (UTC +04:00)
ABŞ Belçikaya milyonlarla dollar dəyərində raket satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Belçikaya ümumi dəyəri 236 milyon dollar olan “AGM-184 Joint Strike Missiles” aviasiya raketləri və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, ABŞ administrasiyası Belçika hökumətinə sözügedən raket sistemləri və onlara aid avadanlıqların xarici hərbi satışına icazə verilməsi barədə qərar qəbul edib.

Qeyd olunub ki, bu addım ABŞ və Belçikanın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək. Eyni zamanda, Amerikanın “F-35” qırıcılarının imkanlarının artırılması hesabına Belçikanın mövcud və gələcək təhdidlərə qarşı müdafiə potensialını gücləndirəcək.

Məlumata əsasən, Belçika tərəfi bununla yanaşı, məxfi proqram təminatı, ABŞ hökuməti və podratçı şirkətlər tərəfindən mühəndis, texniki və logistika dəstəyi, eləcə də digər vacib komponentlərin təmin olunmasını da istəyib.

Xəbər lenti

Xəbər lenti