WUF13 çərçivəsində "Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?" mövzusunda müzakirə keçirilir

Cəmiyyət Materials 19 May 2026 09:46 (UTC +04:00)
WUF13 çərçivəsində "Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?" mövzusunda müzakirə keçirilir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoq keçirilir.

Trend xəbər verir ki, bu dialoqun məqsədi mənzil tikintisi və urbanizasiya sahəsində mürəkkəb qlobal problemlərin həlli üçün maraqlı tərəflər arasında səmərəli strategiyaların və əməkdaşlıq çərçivələrinin hazırlanmasını təşviq etməkdir. Dialoqda bərabərlik, davamlılıq və dayanıqlılıq məsələlərinə xüsusi diqqət yetirilir.

İştirakçılar gələcəkdə tətbiq edə biləcəkləri praktiki biliklərə əsaslanaraq mənzil şəraitinin yaxşılaşdırılması üçün praktikada hansı dəyişikliklərin edilməli olduğunu, eləcə də dövlət siyasəti, maliyyələşdirmə, layihələndirmə və yerli icmaların səylərinin mənzil çatışmazlığı probleminin həlli istiqamətində atacaqları addımları necə uzlaşdırıla biləcəyini öyrənəcək.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti