Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi tezliklə Fars körfəzi bölgəsinə səfər etmək niyyətində olduğunu açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Rafael Qrossi Birləşmiş Ərəb Əmirliklərindəki "Baraka" atom elektrik stansiyasına endirilən zərbələrlə əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Son bir neçə gün ərzində Fars körfəzindəki liderlərlə əlaqə saxladım və həyəcan və narahatlıq hiss edirəm. BAEA-nin necə kömək edə biləcəyini müzakirə edirəm. Keçən ildən bəri BAEA fövqəladə hallara hazırlıq və cavab vermə imkanları barədə məlumat toplayır, təhlil edir və qiymətləndirir. Bu vacib birgə işi davam etdirmək üçün tezliklə Körfəz bölgəsinə gedəcəyəm", - deyə o bildirib.