...

Rusiyanın "An-26" hərbi təyyarəsi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 1 Aprel 2026 03:01 (UTC +04:00)
Rusiyanın "An-26" hərbi təyyarəsi qəzaya uğrayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"An-26" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı yer müəyyən edilib, 23 sərnişin və 6 heyət üzvü daxil olmaqla 29 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 31-də, Bakı vaxtı ilə təxminən saat 19:00-da uçuş zamanı "An-26" hərbi təyyarəsi ilə əlaqə kəsilib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib: "Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəzaya uğradığı yeri müəyyən edib. Hadisə yerindən alınan məlumatlara görə, altı heyət üzvü və göyərtədəki 23 sərnişin həlak olub".

Qəza yerində Rusiya Müdafiə Nazirliyinin komissiyası çalışır və qəzanın ilkin səbəbi texniki nasazlıq kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti