Bakı. Trend:
30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.
Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması
istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi
vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
