Bakı. Trend:
Florida qubernatoru Palm Biç hava limanının adının ABŞ prezidenti Donald Trampın şərəfinə dəyişdirilməsi ilə bağlı qanun layihəsini imzalayıb.
Trend-in məlumatına görə, bu barədə "CBS" telekanalının yerli bölməsi bildirib.
Məlumata əsasən, Amerika administrasiyası rəhbərinin iqamətgahının yaxınlığında yerləşən Palm Biç hava limanına "Donald Tramp Beynəlxalq Hava Limanı" adı veriləcək.
Qanunun 1 iyulda qüvvəyə minməsi planlaşdırılır, baxmayaraq ki, adının dəyişdirilməsinin Federal Aviasiya Administrasiyasından təsdiq almalı olduğu qeyd olunur.