...

Xalq artisti Rasim Balayev vəfat edib

Cəmiyyət Materials 29 Mart 2026 14:00 (UTC +04:00)
Xalq artisti Rasim Balayev vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın tanınmış aktyoru, xalq artisti Rasim Balayev dünyasını dəyişib.

Bu barədə Trend-ə onun yaxınları məlumat veriblər.

Qeyd olunur ki, aktyor Türkiyədə müalicə olunduğu müddətdə vəfat edib.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib. Aktyor Nəsimi, Babək və Dədə Qorqud filmlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Xəbər lenti

Xəbər lenti