Bakı. Trend:
Livanda mart ayında vəzifə başında həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Livanın cənubunda yeni bir faciə baş verdi: tibb müəssisələrinə edilən beş hücumda doqquz feldşer həlak oldu və bu ay öldürülən tibb işçilərinin sayı 51-ə çatıb", - deyə o bildirib.
Onun sözlərinə görə, mart ayı təşkilatın ölkədəki səhiyyə müəssisələrinə hücumları izləməyə başladığı 2023-cü ilin oktyabr ayından bəri "Livandakı səhiyyə işçiləri üçün ikinci ən ölümcül ay" olub. T.Qebreyesus qeyd edib ki, bu gün baş verən hadisələrdə Livanın beş kəndində çalışan səhiyyə işçilərindən ibarət qruplar yerində vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıblar.