Bakı. Trend:
ABŞ-nin İraqdakı səfirliyinin logistika mərkəzi və Ərbildə yerləşən Baş Konsulluğu dron hücumlarının hədəfi olub.
Trend xəbər verir ki, bu barədə “Shafaq News” portalı xəbər yayıb.
Bildirilib ki, Ərbildəki konsulluğa yönələn dron zərərsizləşdirilib və hər hansı ziyan qeydə alınmayıb.
Həmçinin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə pilotsuz uçuş aparatı ələ keçirilib.
Hücumların nəticələri ilə bağlı hələlik əlavə məlumat verilməyib.