...

Prezident İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib - Uitkoff (VİDEO)

Siyasət Materials 28 Mart 2026 13:38 (UTC +04:00)
Prezident İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib - Uitkoff (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff Mayamidə keçirilən "FII PRIORITY 2026" investisiya forumunda Azərbaycanın Prezidenti İlham Əliyev haqqında danışıb.

Trend-in məlumatına görə, Uitkoff bildirib ki, dünyada bir çox böyük liderlik nümunəsi var və bir çox gənc liderlər dünya üçün ümid mənbəyi ola bilər.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp onların hamısı ilə yaxın münasibətdədir.

"Məsələn, Azərbaycanın Prezidenti İlham Əliyevə baxın – o, ölkəsini tamamilə yeni istiqamətə yönəldib. Mən düşünürəm ki, Sülh Şurası həqiqətən də eyni baxışları paylaşan bir çox insanı birləşdirir", – Uitkoff Mayamidə keçirilən investisiya forumunda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti