...

ABŞ Ukrayna üçün ayrılmış silahları Yaxın Şərqə göndərə bilər - Rubio

Dünya xəbərləri Materials 27 Mart 2026 22:59 (UTC +04:00)
ABŞ Ukrayna üçün ayrılmış silahları Yaxın Şərqə göndərə bilər - Rubio

Bakı. Trend:

ABŞ Ukrayna üçün planlaşdırılmış silahların Yaxın Şərqə göndərilməsi ehtimalını tam istisna etmir.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio açıqlama verib.

“Hələlik heç bir silah yönləndirilməyib, lakin belə bir addımın atılması mümkündür”, – deyə Rubio bildirib.

O qeyd edib ki, söhbət ABŞ-a məxsus silahlardan gedir və Vaşinqton lazım gələrsə, onları öz milli maraqlarına uyğun şəkildə istifadə edə bilər.

“Bu silahlar bizə məxsusdur. Hərbi zərurət yaranarsa, ehtiyatların bərpası və ya milli maraqlarımızın təmin olunması üçün istifadə etməkdə hər zaman üstünlük bizdə olacaq”, – deyə o vurğulayıb.

Rubio əlavə edib ki, hazırda Ukraynaya silah tədarükü davam edir və bu proses dayandırılmayıb.

Xəbər lenti

Xəbər lenti