Bakı. Trend:
Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə
intensiv olacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü
yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna
olunmur.
Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim şimal-qərb
küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7 dərəcədən 9 dərəcəyədək, gündüz 11
dərəcədən 13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 754 mm civə
sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 90-95 %
təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,
dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı
var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi
bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7 dərəcədən 10 dərəcəyədək, gündüz 12
dərəcədən 16 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 3 dərəcəyədək,
gündüz 3 dərəcədən 5 dərəcəyədək olacaq.
