Bakı. Trend:
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən binalardan birinin elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E. Allahverdiyev və B. Əsədov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
