...

Azərbaycana gətirilən arılarla bağlı araşdırma başlanıldı

Cəmiyyət Materials 27 Mart 2026 16:43 (UTC +04:00)
Azərbaycana gətirilən arılarla bağlı araşdırma başlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Özbəkistandan Azərbaycana gətirildiyi iddia edilən arılarla bağlı araşdırmaya başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq agentlikdən bildirilib.

Qeyd olunub ki, məsələ araşdırılır və əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Özbəkistandan Azərbaycana bir tır arının gətirildiyi və onların gənələrlə yoluxduğu ilə bağlı məlumat yayılmışdı. İddialara görə, idxal edilən arılar Tropilaelaps gənəsi ilə yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti