...

Qiymətli metalların fyuçersləri ucuzlaşıb

Dünya xəbərləri Materials 27 Mart 2026 08:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex" birjasında qiymətli metallar – platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiymətində azalma müşahidə olunur.

Trend xəbər verir ki, bu, sözügedən ticarət platformalarının məlumatlarında əksini tapıb.

Bakı vaxtı ilə saat 05:35-ə olan məlumata görə, 2026-cı ilin iyun ayında çatdırılma üçün palladium fyuçersləri 5,25% ucuzlaşaraq troya unsiyası üçün 1394 dollar təşkil edib. 2026-cı ilin aprel ayında çatdırılma üçün platin fyuçersləri isə 4,51% azalaraq troya unsiyası üçün 1843 dollara düşüb.

Eyni zamanda, 2026-cı ilin aprel ayında "Comex" birjasında çatdırılma üçün qızılın qiyməti 3,87% azalaraq troya unsiyası üçün 4427,1 dollar, 2026-cı ilin may ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti isə 6,48% ucuzlaşaraq troya unsiyası üçün 68,9 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti