Şuşa. Trend:
“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidis-in başçılığı ilə dünya səyyahları Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəliblər.
Trend-in Qarabağ bürosu xəbər verir ki, xarici səyyahlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Heyətə 37 ölkədən 79 nəfər səyyah daxildir. Bu isə sayca
indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq
səyahətçilərin ən böyük qrupudur. Bu səfər işğaldan azad edilmiş
ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan
genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna
əhəmiyyət daşıyır.
Qeyd edək ki, dünyanın əsas səyyah klublarının xətti ilə
2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq
səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.
