...

Cənubi Koreya ilk qırıcısını təqdim edib (FOTO)

Dünya xəbərləri Materials 26 Mart 2026 16:00 (UTC +04:00)
Cənubi Koreya ilk qırıcısını təqdim edib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada yerli istehsal olan ilk qırıcısı - KF-21 qırıcı reaktiv döyüş təyyarəsinin ilk nümunəsi təqdim olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Koreyanın ilk qırıcısı KF seriyasındandır, həmçinin “Boramae” (koreya dilindən tərcümədə “şahin”) adı ilə tanınır. İki yerlik təyyarədir və Seulun cənub-şərqində yerləşən Saçhon şəhərində “Korea Aerospace Industries” şirkətinin qərargahında keçirilən mərasimdə təqdim olunub.

Prezident Li Çje Men bildirib ki, bu qırıcı Cənubi Koreyanın suveren inkişaf və özünümüdafiə vasitələrinin yaradılmasına can atmasının rəmzidir və ölkəni müdafiə sənayesi sahəsində dünyanın aparıcı dörd dövləti sırasına çıxarmaq niyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti