Bakı. Trend:
UEFA Millətlər Liqasında C və D Divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunları keçirilib.
Trend xəbər verir ki, Latviya millisi Cəbəllütariqi 1:0, Lüksemburq yığması isə Maltanı 2:0 hesabı ilə məğlub edib.
Komandalar arasında cavab matçları martın 31-də keçiriləcək. Bu cütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Cəbəllütariq - Latviya matçının qalibi C Liqasının 2-ci qrupunda, məğlubu isə D Liqasının 1-ci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C Liqasının 4-cü qrupunda, məğlubu isə D Liqasının 1-ci qrupunda mübarizə aparacaq.
