...

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 26 Mart 2026 11:30 (UTC +04:00)
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qonaqlar səfərə Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindən daxil olublar. Səfər çərçivəsində bu gün Ağdam və Şuşa şəhərlərinə baş çəkilməsi planlaşdırılır. Sabah isə heyət Laçın şəhərində olacaq, daha sonra Zəngilan və Füzuli rayonlarına səfər edəcək.

Heyət 37 ölkədən olan 79 nəfərdən ibarətdir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər arasında say baxımından ən böyük qrup hesab olunur.

NomadMania Yer kürəsini 1301 bölgəyə bölərək xüsusi reytinq sistemi müəyyən edib. Klubun rəhbəri Harry Mitsidis bu bölgələrin hamısında səfərdə olmaqla hazırda dünya üzrə birinci yerdə qərarlaşıb. Qeyd edək ki, “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eləcə də aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə, dünyanın aparıcı səyyah klubları vasitəsilə 2020–2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səfərlər təşkil olunub. Hazırkı səfər isə sayca 16-cıdır.

xxx

10:10

Bu gündən “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır.

Trend-in Qarbağ bürosu xəbər verir ki, heyətə 37 ölkədən 79 nəfər səyyah daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların ən böyük qrupudur.

“NomadMania” Yer kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harri Mitsidis bu 1301 bölgənin hamısında olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti