...

İran XİN başçısı ilə BMT Baş katibi arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 27 Mart 2026 05:32 (UTC +04:00)
İran XİN başçısı ilə BMT Baş katibi arasında telefon danışığı olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında cümə axşamı telefon danışığı baş tutub.

Trend xəbər verir ki, danışıq zamanı regiondakı son vəziyyət müzakirə olunub.

Əraqçi BMT Baş katibinin diqqətinə çatdırıb ki, İran milli təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qanuni müdafiə yolu ilə qorumaqda qətiyyətlidir.

Hörmüz boğazındakı mövcud durum barədə məlumat verən Əraqçi bildirib ki, rəsmi Tehran bu su yolunda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün öz məsuliyyətlərini dərk edərək zəruri tədbirlər görüb.

BMT Baş katibi isə ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb və regionda müharibənin və qırğınların davam etməsindən ciddi narahatlığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti