...

Arda Gülərin qolu La Liqada ayın ən yaxşısı seçilib

İdman Materials 26 Mart 2026 00:24 (UTC +04:00)
Arda Gülərin qolu La Liqada ayın ən yaxşısı seçilib

Bakı. Trend:

İspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart ayının ən yaxşısı seçilib.

Trend-in məlumatına görə, 21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib qapısını dəqiq nişan alıb.

Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib. Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib.

Xatırladaq ki, görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti