Bakı. Trend:
Mövsümün sonunda "Borussiya" ilə müqaviləsi başa çatan Julian Brandt karyerasını Türkiyədə davam etdirə bilər.
Trend xəbər verir ki, "Fənərbaxça" almaniyalı futbolçunun xidmətində maraqlıdır.
Məlumata görə, İstanbul nəhənginin baş məşqçisi Domeniko Tedesko Brandtı komandasında görmək istəyir. Klub rəhbərliyi yaxın vaxtlarda 29 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Borussiya" Yulian Brandtı 2019-cu ilin yayında "Bayer"dən transfer edib.