...

Beyləqanda bədbəxt hadisə: 65 yaşlı kişini elektrik cərəyanı vurub

Hadisə Materials 25 Mart 2026 10:16 (UTC +04:00)
Beyləqanda bədbəxt hadisə: 65 yaşlı kişini elektrik cərəyanı vurub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Beyləqan rayonunda bədbəxt hadisə nəticəsində 65 yaşlı kişi həyatını itirib.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Xaçınabad kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işi apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti