...

Çikaqoda kuryer-robot dayanacağın şüşələrini qırıb (VİDEO)

Dünya xəbərləri Materials 25 Mart 2026 17:00 (UTC +04:00)
Çikaqoda kuryer-robot dayanacağın şüşələrini qırıb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında kuryer-robotlar şəhər komfortunun gələcəyi kimi təqdim olunur. Lakin sözügedən “gələcək” Çikaqo şəhərində avtobus dayanacağındakı bütün şüşələri sındırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrin Amerika seqmentində geniş yayılmış kadrlarda əks olunan hadisə şəhər mühitində avtonom qurğuların təhlükəsizliyi və davranışı ilə bağlı narahatlıqları daha da artırmış olub.

"Serve Robotics" şirkətinə məxsus robot şüşə qırıntıları arasında dayanaraq yüngülcə tərpənir, daha sonra isə kənara çəkilir.

Çikaqo sakinləri dəfələrlə robotlarının səkiləri zəbt etməsi və potensial təhlükə yaratması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bu hadisə isə kuryer-robotların cəmiyyət üçün nədərəcədə təhlükəsiz olması ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti