...

Azərbaycanlı hakim minifutbol üzrə Avropa çempionatına təyinat alıb

İdman Materials 25 Mart 2026 23:26 (UTC +04:00)
Azərbaycanlı hakim minifutbol üzrə Avropa çempionatına təyinat alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın minifutbol hakimi Ramil Namazov bu il Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına təyinat alıb.

Trend-in məlumatına görə, referi turnirin oyunlarını idarə edəcək 14 ədalət təmsilçisi arasında yer alıb.

Qeyd edək ki, mayın 27-dən iyunun 4-dək təşkil olunacaq Avropa çempionatında Azərbaycanın minifutbol yığması da çıxış edəcək. Milli komanda Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti