...

Azərbaycan U-19 millisi seçmə mərhələdə Litva ilə qarşılaşacaq

İdman Materials 25 Mart 2026 12:02 (UTC +04:00)
Azərbaycan U-19 millisi seçmə mərhələdə Litva ilə qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Trend xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan yığma Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşacaq.

“Raudondvario” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşmanı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti