Bakı. Trend:
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava davam edir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 26-sı
saat 9:00-a olan məlumata əsasən düşən yağıntının miqdarı Ağdamda
7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6,
Xızı, Sədərək və Şərurda 5, Beyləqan, Xaçmaz, Goranboy və Zərdabda
4, Quba, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Naftalan, Tovuz, Şəki,
Oğuz, Şamaxı, Yevlax, Ağstafa, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə,
Şəmkir, Zaqatala, Qəbələ, Qobustan, Şahdağ, Balakən, Qax, Qusar,
Şirvan, Mingəçevir, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar,
Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı
və Füzulidə 3 mm-dir.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Naftalan,
Şəmkir, Balakən, Sarıbaş(Qax), Şəki, Oğuz, Qəbələ, Qobustan,
Şamaxı, Quba, Qusar, Tərtər, Göyçay, Sabirabad, Lerikdə duman
müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
