...

Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı plan hazırlayır

Dünya xəbərləri Materials 25 Mart 2026 05:59 (UTC +04:00)
Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı plan hazırlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Hörmüz boğazını yenidən açmaq və Yaxın Şərqdə nəqliyyatın bərpasını təmin etmək məqsədilə müttəfiqləri ilə birgə plan üzərində çalışır, lakin bu prosesin asan olmayacağı qeyd olunur.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

“Son nəticədə neft bazarında sabitliyi qorumaq üçün Hörmüz boğazını yenidən açmalıyıq. Bu, sadə məsələ deyil. Məhz buna görə də biz bütün müttəfiqlərimizlə, o cümlədən Avropa tərəfdaşlarımızla birlikdə regionda naviqasiya azadlığını ən qısa müddətdə bərpa etmək və iqtisadi təsirləri minimuma endirmək üçün ortaq plan üzərində işləyirik”, – deyə Starmer vurğulayıb.

Xəbər lenti

Xəbər lenti