Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 3,708 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 265,3 milyon kVt-saat və ya 6,7% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə su elektrik stansiyalarında (SES) 276,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk iki ayındakı göstərici ilə müqayisədə 131,1 milyon kVt-saat və yaxud 32,1% azalma deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyon manat təşkil edib.
