...

Banqladeş yanacaq idxalını 25 faiz artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 24 Mart 2026 01:35 (UTC +04:00)
Banqladeş yanacaq idxalını 25 faiz artırmağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə artan gərginlik və tədarükdə yaranan çətinliklər fonunda Banqladeş il ərzində yanacaq idxalını 25 faiz artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə ölkənin energetika və mineral resurslar naziri İqbal Həsən Mahmud jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, ehtiyat tədbiri kimi hökumət idxalın artırılması barədə qərar qəbul edib. O əlavə edib ki, hazırda ölkədə birbaşa enerji böhranı yoxdur və yanacağın paylanması subsidiyalar vasitəsilə nəzarətdə saxlanılır.

İqbal Həsən Mahmudun sözlərinə görə, yanacaq əsasən spot bazardan alınır və istehlakçılara alış qiymətindən aşağı qiymətlərlə təqdim olunur.

Nazir vurğulayıb ki, münaqişənin nə qədər davam edəcəyi qeyri-müəyyəndir və bu səbəbdən hökumət əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq subsidiyaları mümkün qədər uzun müddət davam etdirməyi planlaşdırır.

Onun sözlərinə görə, Hörmüz boğazından gəmilərin maneəsiz keçə bilməməsi müntəzəm təchizatda fasilələrə səbəb olur.

Xəbər lenti

Xəbər lenti